Azərbaycan reytinqdə yüksəldi
UEFA Çempionlar Liqasının son oyunlarından sonra ölkələrin reytinqi yenilənib.
Sportline.az xəbər verir ki, Azərbaycanın reytinq siyahısındakı mövqeyi dəyişib.
Buna "Qarabağ"ın pley-offa adlaması rəvac verib. Azərbaycan çempionu əsas mərhələnin 8-ci turunda "Liverpul"a uduzsa da (0:6) də, adını ilk "24-lüyə" yazdırıb. Tarixi uğur sayəsində bonus əldə edilib. Klubun aktivinə yazılan 0,750 bonusun 0,187-si ölkəmizin hesabına əlavə olunub. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,812-yə, son 5 ildəki göstəricisi isə 22.937-yə çatıb. Belədə ölkəmiz reytinq sıralamasında Sloveniyanı (22,843) geridə qoyaraq 26-cı yerə yüksəlib. Serbiya 24.375 xalla 25-ci pillədədir.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (110.269) başçılıq edir.