Azərbaycan - Rusiya görüşünün hakimi açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının DÇ-2023-ün seçmə mərhələsinin Bakıda Rusiya (25 noyabr) və Monteneqroya (30 noyabr) qarşı keçirəcəyi oyunun hakimləri dəqiqləşib.

Sportline.az xəbər verir ki, Azərbaycanın Rusiya ilə oyununu Rumıniyadan olan hakimlər idarə edəcək. Belə ki, Alina Peş baş hakim, Petruça Yuqulesku və Mixael Çepuşe isə köməkçiləridir. 4-cü hakim isə Kristian Trandafirdir.

Monteneqro ilə görüşümüzü isə albaniyalılar idarə edəcək. Belə ki, baş hakim Emanuela Rusta, köməkçiləri isə Erinde Kume və Miryeta Salladı. Qarşılaşmanın 4-cü hakim isə Soada Tuşaydı. Hakimlər briqadası Albaniyanı təmsil edir. Millimizin hər 2 oyunu “Dalğa Arena”da keçiriləcək. 

​Rusiya ilə oyun 18:00, Monteneqro ilə görüş isə 19:00-da başlanacaq.