Azərbaycan seçməsi oyunlarını bu stadionda keçirəcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq.

Hər iki görüş “Bakcell Arena”da keçirləcək. Oyunların başlama saatı hələlik dəqiqləşdirilməyib.