Azərbaycan Şimali Makedoniyanı da məğlub etdi

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşır.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Qeyd edək ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu, millinin ardıcıl 5-ci qələbəsi olub. 

20 noyabr

Yoldaşlıq oyunu

17:00. Şimali Makedoniya - Azərbaycan - 1:3

Qol: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 88 (1:3)

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı