Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

Federasiyadan Sportline.az-a verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.