Azərbaycan təmsilçisi bürünc medal qazanıb
Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Sportline.az xəbər verir ki, uşu-sandada Elçin Eminov bürünc mükafata sahib çıxıb.
O, 60 kq çəki dərəcəsində fərqlənib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.