Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırıb

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:1 (25:16, 25:12, 23:25, 25:16) Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə uduzan Şuşa klubu mübarizəni dayandırıb.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).