Azərbaycan və erməni idmançılar arasında kütləvi dava
Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında qalmaqal yaşanıb.
SportLine.az Modern.az saytına istinadən xəbər verir ki, ötən gün azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin “bayrağı”nın arenaya gətirilməsi kütləvi davaya səbəb olub.
Rinqdəki idmançılar və onların məşqçiləri, eləcə də döyüşü izləyənlər arasında kütləvi dava düşüb.