Azərbaycandan Qazaxıstana
"Sabah"dan ayrılan qapıçı Saşa Stamenkoviç yenidən Qazaxıstanda oynayacağı gözlənilir.
Sportline.az bu ölkənin "Vesti" nəşrinə istinadən xəbər verir ki, serbiyalı qolkiperi "Aktobe" heyətinə cəlb etməyə yaxındır. Tərəflərin danışıqları yekunlaşdırmaq üzrə olduğu bildirilib.
Qeyd edək ki, 36 yaşlı qapıçı 2016/2017 mövsümündə Qazaxıstanın "Okjetpes" klubunda çıxış edib. 2018-ci ildən "Sabah"da oynayan Stamenkoviçin bir neçə gün əvvəl öz istəyi ilə müqaviləsi ləğv edilib.