Avropa çempionatında tarix yazan cüdoçularımız Vətənə qayıdıb

Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatında iştirak edən cüdo üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və cüdoçuların yaxınları iştirak ediblər.

Qeyd edək ki, yığma yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb. Bundan əlavə, milli qarışıq komanda yarışında bürünc medala yiyələnib.  

Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerlə kifayətlənib.