Azərbaycanın badminton millisi Bakıdakı Avropa çempionatının ilk oyununda məğlub olub

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub.

Sportline.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.