Millimiz Avropa Kubokunda növbəti medalı qazanıb

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, komandamız 3 lent və 2 topla hərəkətlərdə uğurlu çıxış edib.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.