Azərbaycanın kişi idman gimnastları İslamiadanı 4 medalla başa vurub
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı idmançı turnikdə hərəkətlərdə 3-cü yeri tutub.
Bununla da Azərbaycan təmsilçiləri İslamiadanın kişi idman gimnastikası üzrə yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.