Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, mübarizəyə I raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.

Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.