Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən turnirin qızıl medalını qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.

Sportline.az xəbər verir ki, Onur Quluzadə - Yağmur Məmmədli qarışıq-qoşa cütlüyü U-15 yaş kateqoriyasında final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə - Yağmur Məmmədli dueti yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” turnirində bürünc mükafat qazanmışdı.