Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Dünya Kubokunda iştirak edib
Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Nəbiyulla Qələbəgiyev və Ramin Beybutov Slovakiyada keçirilən yeniyetmələr arasında Dünya Kubokunda iştirak ediblər.
Sportline.az xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ruzomberok şəhərində yerləşən Malino Brdo xizək mərkəzində keçirilən yarışın sprint növündə N.Qələbəgiyev 9-cu, R.Beybutov isə 15-ci yerə sahib olub.
Qeyd edək ki, 6-9 fevral tarixlərində təşkil olunan beynəlxalq turnirdə 11 ölkədən 22 idmançı qüvvəsini sınayıb.