Azərbaycanın yeniyetmə qılıncoynadanı dünya çempionatında gümüş medal qazanıb

Qılıncoynatmanın sablya növündə Azərbaycanın yeniyetmə idmançısı Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə bitirən idmançı yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib.

Azərbaycan təmsilçisi yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.

İdmançı bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.

Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.