"Azərbaycanla oyunda 3-4 dəqiqədə 3 qol vura bilərdim"

İsveç millisinin futbolçusu Antoni Elanqa Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu sözügedən görüşdə 87-ci dəqiqədə meydan daxil olub və 2 dəqiqə sonra komandasının 5-ci qolunu vurub.

20 yaşlı oyunçu jurnalistlərə açıqlamasında deyib:  “Qol vurmaq həmişə xoşdur. Özümü yaxşı hiss edirəm.  Üç-dörd dəqiqə meydanda olsam da, nəyə qadir olduğumu göstərmək istədim. Daha iki qol vura bilərdim”.

Banner