Azərbaycanlı futbolçu ciddi xəstəliyə görə oynaya bilməyib
Rusiyanın "Spartak" klubu ilə yollarını ayıran əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin uzun müddət oynamamasının səbəbi açıqlanıb.
Sportline.az "Championat" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ciddi ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün formaya və heyətə düşə bilməyib.
Lakin bu xəstəlik koronavirus olmayıb. O, cari mövsüm meydana çıxmayıb.
Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev 2019-cu ildə "Rostov"da Moskva təmsilçisinə keçib. Onun yenidən "Rostov"a qayıtması gündəmdədir. Quliyev "Spartak"da ümumilikdə 26 oyunda meydanda olub və bir qol vurub.