Azərbaycanlı futbolçu əməliyyat olundu
Gürcüstanın "Merani” klubunun futbolçusu Tural Rzayev zədələnərək sıradan çıxıb.
Sportline.az xəbər verir ki, pandemiya ilə əlaqədar müayinəsi gecikən yarımmüdafiəçi nəhayət, ötən gün Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunub.
Rzayev tanınmış cərrah Ruslan Serqienkonun Tibb Mərkəzində ilkin reabilitasiyanı tamamladıqdan sonra vətənə qayıdacaq və bərpa prosesini ölkəmizdə keçəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində Azərbaycanda "Kəpəz” və "Zirə"nin, ölkə xaricində isə Litva təmsilçisi "Janova”nın şərəfini qoruyub.