Azərbaycanlı futbolçu Hollandiyada 90 dəqiqə oynadı
Azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" Hollandiya birinci divizionunda növbəti oyununu keçirib.
SportLine.az xəbər verir ki, rəqib "Helmond Sport" olub. Səfərdə keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Den Boş" 35 turdan sonra aktivində olab 41 xalla 20 komanda arasında 14-cü pillədə yer alıb.