Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu, 2011-2019-cu illərdə "Keşlə"də çıxış edən Fuad Bayramovun yeni klubu müəyyənləşib.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, o, karyerasını Polşada davam etdirəcəyini, 3-cü liqa təmsilçilərindən "Ostroveç-Şventokşisi" ilə razılaşdığını bildirib. Oyunçu  klubla 1 illik müqavilə imzaladığını qeyd edib.

Qeyd edək ki, ötən aydan bu komandanın düşərgəsində olan Fuad bir neçə yoxlama oyununa da çıxıb.