Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib.

Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Elvin  Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 millilərində forma geyinib.