Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gəldilər
Bu gün Türkiyə 1-ci Liqasında 11-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, turun son oyun günündə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib.
Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" öz meydanında Vüsal İskəndərlinin oynadığı "Keçiörengücü"nü qəbul edib.
Hər iki futbolçumuz start heyətdə meydan çıxıb. Ələsgərov 73, İsgəndərli isə 74-cü dəqiqədə əvəzlənib. Vüsal 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.