Azərbaycanlı hakimlər Avropa çempionatında

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.

Sportline.az xəbər verir ki, söhbət 19 yaşadək həndbolçuların Avropa çempionatından gedir. Xorvatiyada keçiriləcək qitə miqyaslı yarışda ədaləti təmsil edənlər arasında azərbaycanlı referilər də olacaq.

Xatırladaq ki, bu, Ernest və Emil Ağakişinin mötəbər yarışlara ilk təyinatı deyil. Sözügedən həndbol hakimlərinin yetirincə beynəlxalq təcrübəsi var. Avropa çempionatına dəvət də ali həndbol qurumlarının onlara etimadının növbəti göstəricisidir.

Qeyd edək ki, avqustun 12-də start veriləcək qitə birinciliyinə həmin ayın 22-də yekun vurulacaq.