Azərbaycanlı nazirlər Serbiya ilə oyunu izləyib
Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.
Sportline.az xəbər verir ki, onları Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib.
Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.