"Azəri" fəxri kürsünün ən yüksək pilləsində

Azyaşlı yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə “Gələcəyin Olimpiyaçıları” adlı yarışı yekunlaşıb. SportLine.az xəbər verir ki, komanda xarakteri daşıyan turnirdə iştirakçılar 10 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər.

Sərbəst güləşçilərin mübarizəsində “Azəri” klubu qalib adına layiq görülüb. Finalda “Xəzri”ni məğlub edən “Azəri” fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.