"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha iki qarşılaşma olub. "Qarabağ" -"Idman Akademiyası" görüşündə "tələbələr" çox çalışsalar da məğlubiyyətdən qurtula bilməyiblər. Daha inamlı oyun göstərən "Qarabağ" 34-22 hesabı ilə qələbə çalıb. Günün daha böyük maraqla gözlənilən matşında isə qalib müəyyənləşməyib. Rəqiblər gərgin mübarizəyə səhnə olan "Azərsu" - "Azəryol" görüşündən sülhlə ayrılıblar - 32-32.