"Azərsu" növbəti qələbəsini qazandı
Qadın həndbolçuların Azərbaycan çempionatında 4-cü turun daha bir oyunu olub.
Sportline.az xəbər verir ki, bu gün keçirilən görüşdə “Qarabağ” və “Azərsu” komandaları qarşılaşıblar. Maraqlı mübarizə ilə yadda qalan oyun “Azərsu”nun xeyrinə nəticələnib – 30:25.
Qeyd edək ki, 4-cü tura noyabrın 6-na təyin olunan “Azəryol” – “İdman Akademiyası” matçı ilə yekun vurulacaq.
Sabah kişi həndbolçuların Azərbaycan çempionatında da növbəti oyunlar keçiriləcək. Əvvəlcə meydançaya “Məhsul” və U-16 komandaları çıxacaqlar. Günün digər matçında isə, “Bakı” ilə “Təhsil” üz-üzə gələcək.