"Azərsu" "Qarabağ"la mübarizədən qalib ayrılıb

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, həftəsonu 9-cu turun oyunları keçirilib. ABU Arenanın meydançasına əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. Gərgin və maraqlı qarşılaşma “Azərsu”nun qələbəsi ilə nəticələnib. “Qarabağ” həndbolçuları ciddi müqavimətə rəğmən, məğlubiyyətdən qurtula bilməyiblər - 25:28.

Günün digər oyununda isə, “Azəryol” “İdman Akademiyası” komandasına çətinlik çəkmədən qalib gəlib – 39:27.

Çempionatın 9-cu turuna Tbilisidə keçiriləcək iki oyunla yekun vurulacaq. Yanvarın 10-u və 11-də yerli “Olimpiya” ilə “Azəryol” üz-üzə gələcək.

Yarışın 10-cu turuna isə, yanvarın 12-də start veriləcək. Həmin gün “İdman Akademiyası” “Azərsu” ilə, “Qarabağ” “Gənclər Birliyi” ilə qarşılaşacaq.