"Azəryol" baş mükafata sahib çıxıb

Qadın həndbolçuların Azərbaycan kuboku turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, ABU Arenada təşkil olunan final görüşündə, “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə vəd edən qarşılaşmada “Azərsu”nun imkanlarını yüksək qiymətləndirənlər yanılıblar.

Ölkə çempionatının lideri rəqibin kuboka gedən yolunu kəsə bilməyib. Hücumları daha effektli alınan “Azəryol”, 29:20 hesablı qələbə ilə, yarışın baş mükafatına layiq görülüb.