"Azəryol" liderlə xal fərqini azaltdı

Qadın həndbolçuların Azrərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Sportline.az xəbər verir ki, yarışın lideri “Azərsu” bu dəfə “İdman Akademiyası” komandasını sınağa çıkib. Rəqibi bütün göstəricilərdə üstələyən “Azərsu” səviyyə fərqini yekun nəticədə əks etdirib – 47:17.

Çempionluğa iddialı digər komanda – “Azəryol” isə, həftəsonu iki oyuna çıxıb. Tbilisidə “Olimpiya”nın qonağı olan “Azəryol” ilk oyunda 40:18, ikinci qarşılaşmada isə, 34:22 hesabı ilə qələbə qazanıb.

Uğurlu seriyanı davam etdirən “Azərsu” 30 xalla çempionatın vahid lideridir. İkinci pillədəki “Azəryol” komandası, Gürcüstandakı qələbələr sayəsində liderlə xal fərqini ikiyə endirib. “Qarabağ” 14 xalla üçüncü yerdə qərarlaşıb. “İdman Akademiyası” ilə “Olimpiya”nın hərəyə 7 xalı var. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.