"Azəryol" növbəti sınaq qarşısında
Qadın həndbolçular arasında Avropa Həndbol Federasiyasının Avropa kuboku turniri davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu “Azəryol” mübarizəyə yarışın ikinci mərhələsindən qatılacaq. Paytaxt təmsilçisi bu mərhələdə Yunanıstanın “AEP Panorama” komandası ilə münasibətləri aydınlaşdıracaq. Rəqiblərin hər iki oyunu Saloniki şəhərində təşkil olunacaq. Oktyabrın 23-ü və 24-də keçiriləcək görüşlər gərgin mübarizə vəd edir.
İki oyunun nəticəsinə əsasən yoluna davam edən komanda Avropa kuboku turnirinin 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Bu səddi adlayacaq klublar isə pley-off görüşlərində qüvvələrini sınayacaqlar.