"Azəryol"un məşqçisi "Master Coach"a layiq görülüb

“Azəryol” həndbol komandasının məşqçisi Fuad Yangildin beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Həndbol Federasiyasının Moskvada keçirilən müvafiq kurslarını uğurla başa vurub. Onunla yanaşı Rusiya, Ukrayna və Estoniyanı təmsil edən həndbol mütəxəssisləri də həmin lisensiyaya yiyələniblər.  “Master Coach” qitə miqyaslı turnirlərdə yarışan milli komandalar və klubların çalışdırıcıları üçün vacib lisenziya sayılır. Sözügedən kursları müvəffəqiyyətlə bitirən məşqçilərə həmçinin, “EHF PRO” lisenziyası da verilir ki, bu da qarşıdakı iki il ərzində mütəxəssislərin komandaları beynəlxlaq arenalara çıxarması üçün əhəmiyyətlidir. Sonradan həmin müddət daha iki il artırıla bilər. Qeyd edək ki, Fuad Yangildin   artıq 4 ildir ki, “Azəryol” komandasının uğurları üçün çalışır.