Badiaşili “Yuventus”a transfer olacaq
“Çelsi”nin fransalı futbolçusu Benua Badiaşili karyerasını “Juventus” klubunda davam etdirəcək.
Sportline.az “Gazetta dello Sport” qəzetinə istinadən xəbər verir ki, “Yuventus” klubu B.Badiaşili üçün “Çelsi”yə 40 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir.
Keçidin yanvarda reallaşması gözlənilir.
23 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2030 ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Benua Badiaşili bu mövsüm “Çelsi”nin heyətində 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi isə yoxdur.