Bakı Avropa çempionatına ev sahibliyi edəcək

Paytaxtımız Bakı avqustun 5-dən 13-dək 17 yaşadək həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək.

Sportline.az xəbər verir ki, milli komandamız avqustun 5-i saat 17:15-də başlanacaq açılış mərasimindən sonra çıxacağı ilk oyunda Gürcüstan seçməsi ilə qarşılaşacaq. Ertəsi gün Sloveniya kollektivi ilə görüşəcək həndbolçularımız avqustun 7-də Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. Komandamız  avqustun 9-da Litva millisi ilə oyunla qrup mərhələsini başa vuracaq. Azərbaycan millisinin bütün oyunları saat 18:00-da başlanacaq. Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək. Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda görüşlər olacaq. Həmin gün saat 18:00-da final matçı ilə yarışa yekun vurulacaq. Xatırladaq ki, Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Azərbaycan millisi ilə yanaşı Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri ilə yanaşı İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları da mübarizə aparacaq.