"Bakı" Bosniya və Herseqovinaya yollanıb

Kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışda iştirak etmək üçün Bosniya və Herseqovinaya yola düşüb.

Sportline.az xəbər verir ki, təmsilçimiz  oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə görüşəcək. Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçiriləcək matçın hakimləri  ukraynalı Anatoli Novikov və Valeri Rozkov,  EHF nümayəndəsi isə bolqarıstanlı Andrey Andereyev olacaq.

Razılaşmaya əsasən, komandalar arasında cavab matçı da oktyabrın 14-də Bosniya və Herseqovinada keçriiləcək. İlk oyunda “Bakı” kollektivi nominal ev sahibi kimi çıxış edəcək. Hər iki qarşılaşma yerli vaxtla saat 19-00-da başlanacaq. Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.