"Bakı" klubu qitə miqyaslı turnirdə mübarizəyə qatılır

Həndbol komandalarımız qitə miqyaslı Challenge Cup turnirində mübarizəyə qoşulacaq.

Sportline.az Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadən xəbər verir ki, İlk olaraq kişilərdən ibarət “Bakı” kollektivi bacarığını göstərəcək. Azərbaycan çempionu oktyabrın 13-də Challenge Cup turnirinin ikinci mərhələsi çərçivəsində, Bosniya və Herseqovinanın Banya Luka şəhərinin “RK Boraç” klubunun qonağı olacaq. Cavab görüşü də, oktyabrın 14-də ilk matçın təşkil edildiyi “Borik” arenasında keçiriləcək. Görüşləri Anatoli Novikov və Valeri Rojkovdan ibarət ukraynalı hakimlər briqadası idarə edəcək. Avropa Həndbol Federasiyası (EHF) isə, bolqarıstanlı Andrey Andreyevlə təmsil olunacaq.