"Bakı" komandası mübarizəni dayandırdı
Kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışda cavab görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandasına 19:36 hesabı ilə uduzan həndbolçularımız, vəziyyəti dəyişməyi bacarmayıblar.
Razılaşmaya əsasən, Banja Luka şəhərinin “Borik” İdman Arenasında keçirilən cavab matçı da meydança sahiblərinin xeyrinə başa çatıb - 33:24.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, cütün qalibi olan “RK Borak m:tel” üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.