Bakıda Avropa çempionatına start verilib

Bu gün Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatına start verilib.

Günün ilk matçında “B” qrupunda qərarlaşan Farer adaları və Yunanıstan milliləri üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyun Farer adaları komandasının 27:22 hesablı qələbəsi ilə nəticələnib.

"Bakı İdman Sarayı"nda təşkil olunan yarışın açılış mərasimi saat 17:15-də olacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 2 qarşılaşma olacaq. 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya Herseqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq.