Bakıda beynəlxalq tennis turniri keçirildi
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.
Sportline.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda 9 ölkənin iştirakçıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan və Ruminyadan olan idmançılar çıxış ediblər.
Turnirdə ümumilikdə 28 oğlan və 24 qız tennisçi çıxış edib. Yarışda təmsilçimiz Tamerlan Əzizov bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan Tennis Federasiyasının 1-ci vitse-prezidenti Salam Əsgərzadə mükafatlandırma mərasimində idmançıları təbrik edib və qarşıdakı yarışda onlara uğurlar azrulayıb.
Qeyd edək ki, bundan əvvəl 16 yaşlı tennisçilərin turniri keçirilmişdi.