"Bakıda dəyərli 1 xal qazandıq”

"Olimpiakos”un futbolçusu Andreas-Rixardos Ntoi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun barədə fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, o, qolsuz başa çatan matçı belə şərh edib:

“Bakıda oynamağım qəfil alındı. Mən də gücümün yüz faizini ortaya qoydum. Fikrimcə, dəyərli 1 xal qazandıq. Komandada ulduz futbolçular var ki, onlar mənə əlavə motivasiya verir, çox kömək edirlər. Dayaq yarımmüdafiəçisi olduğumdan, müdafiənin mərkəzində çıxış etmək problem deyildi. Topu hara ötürəcəyim barədə düşünmək üçün yerim və vaxtım olur. İndi bütün diqqətimiz çempionatda qarşıdakı matça yönəltməliyik”.