Bakıda Dünya Kuboku start götürür
Bu gün Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.
Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək yarışın ilk günündə A və B qrupunda qarşılaşmalar keçiriləcək.
A qrupunda əvvəlcə Türkiyə və İran yığmaları üz-üzə gələcəklər. Daha sonra saat 16:00-da turnirin açılış mərasimi olacaq.
Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.