Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Noyabrda Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının loqosu, medalları və maskotu təqdim olunub.

Sportline.az xəbər verir ki, yarışın açılış mərasimi 8 - Noyabr Zəfər gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib.

8 guşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb.

Dünya çempionatının maskotu isə "Yenilməz" adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.