Bakıda peşəkar boks gecəsi keçirildi
Şağan Olimpiya İdman Kompleksində peşəkar boks gecəsi keçirilib.
Sportline.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin anım gününə həsr olunan turnirdə 16 boksçu müxtəlif çəki dərəcələrində öz gücünü sınayıb.
Yarışda yerli boksçulardan əlavə əcnəbi idmançılar da iştirak ediblər. Gecənin əsas döyüşü azərbaycanlı Seymur İsayevlə pakistanlı Bilal Muhammad arasında keçirilib. UBO-nun yüngül çüki üzrə dünya kəməri uğrunda qarşılaşmada Seymur İsayev rəqibinə qalib gəlib.
Qeyd edək ki, Seymur İsayev UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı olub. Bundan əlavə Cabbar İsmayılov, Taryel Cəfərov, Eldar Babayev, Nihat Abdullayev və Sürət Qarayev də rəqibini məğlub edib.