"Baku Sportinq" yeni futbolçu transfer edib

Azərbaycanın 1-ci liqa təmsilçisi "Baku Sportinq" yeni futbolçu transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı qanalı Jon Samuel Anaade ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, gənc yarımmüdafiəçinin son klubu Qana təmsilçisi "Aşqold" olub.