Balotelli A Seriyasına qayıtmaq istəyir

Daha çox qalmaqalları ilə gündəmə gələn Mario Balotelli yenidən İtaliya A Seriyasında oynamaq arzusundadır.

Sportline.az xəbər verir ki, "Milan" və "İnter"in sabiq hücumçusu "TMW"yə açıqlamasında bunu dilə gətirib.

"Məşqlərimi davam etdirirəm. Hər şey qaydasındadır. Demək istərdim ki, hazırda xaricdən təkliflərim var. Amma, yenidən A Seriyasında çıxış etmək istəyirəm. Ümid edirəm ki, belə bir imkan yaranacaq", - deyə Balotelli gələcək karyerası ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, futbolçunun son klubu "Adana Demirspor" olub.