Balotelli karyerasını Meksika klubda davam etdirə bilər
"Cenoa"ın italiyalı hücumçusu Mario Balotelli karyerasını Meksikada davam etdirə bilər.
Sportline.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, Meksikanın "Kruz Azul" klubu Balotellini transfer etmək üçün hərəkətə keçib.
Balotelli "Cenoa"dan ayrılmaq istəyir. Bu səbəbdən "Kruz Azul"dan gələn təklifə müsbət yanaşır.
Qeyd edək ki, Marionun "Cenoa" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.