Barrios karyerasını İngiltərədə davam etdirə bilər

"Atletiko Madrid"in ispaniyalı futbolçusu Pablo Barrios "Çelsi"nin transfer hədəfinə çevrilib. 

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Barrios üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

21 yaşlı yarımmüdafiəçinin "Atletiko Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Barriors bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 2 asistlə yadda qalıb.