"Barselona" brazilyalı futbolçusu ilə vidalaşa bilər
"Barselona"ın brazilyalı futbolçusu Rafinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, "Arsenal", "Liverpul" və "Mançester Siti" Rafinyanı transfer etmək üçün yarışa giriblər.
Rafinyanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 60 milyon avrodur.
Qeyd edək ki, 28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.
Rafinya cari mövsüm çıxış etdiyi 24 matçda 17 qol və 8 asistlə yadda qalıb.